Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin birinci kanalına müsahibəsi zamanı açıqlamaları ilə gündəm olub.
Bizim.Media xəbər verir ki, kanalın baş direktoru Poğos Xazaryanın “Sizcə Qarabağ mövzusu bağlandı?” sualına cavab olaraq Paşinyan tarixi etiraf edib.
MÖVZU İLƏ BAĞLI:
Zaxarova: “Sülh müqaviləsinin imzalanma vaxtını Bakı və İrəvan müəyyən etməlidir” - VİDEO
“Qarabağın statusu məsələsinin müsbət həll variantı heç vaxt danışıqlar masasında olmayıb. İndiyə qədər heç bir dövlət Qarabağı müstəqil qurum kimi rəsmən tanımayıb. Əgər bununla bağlı hər hansı sənəd varsa, arxivdən çıxarıb sübut etsinlər”, - deyə Baş nazir qeyd edib.
Paşinyan qeyd edib ki, erməni xalqı artıq kimin kim olduğunu yaxşı bilir:
“Qarabağ ətrafında gedən danışıqlarda ancaq bölgədə yaşayan ermənilərin təhlükəsizliyi və statusu gündəmdəki əsas məsələlər olub”.
Bizim.Media