Azərbaycana casusluq edən erməni ər-arvadın istintaqı başa çatdı – Məlumatları internetlə ötürüblər

Hazırda oxunan: Azərbaycana casusluq edən erməni ər-arvadın istintaqı başa çatdı – Məlumatları internetlə ötürüblər

16994

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) dövlətə xəyanət faktı ilə bağlı cinayət işinin istintaqını başa çatdırıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “news.am” saytı qurumun mətbuat xidmətinə istinadən yayıb.

İş materiallarına görə, Ermənistan vətəndaşı dəfələrlə Türkiyədə olub, Azərbaycan xüsusi xidmət orqanlarının diqqət mərkəzinə düşüb və “ələ alınıb”.

Evə qayıdaraq o, Türkiyədə yaşayan bir tanışı vasitəsilə xarici kəşfiyyat zabitinə mobil telefon nömrəsini verib.

Nəticədə vətəndaş dövlət sirri olan məlumatlar da daxil olmaqla informasiyaları satmağa razı olub. 

Müvafiq məzmuna dair müqavilə ona internet vasitəsilə göndərilib və o, “işə götürülüb”.

Məlumatı özü və ya həyat yoldaşı internet vasitəsilə ötürüb. Xidmətlərinə görə təxminən 1500 dollar alıb. Cütlük günahlarını etiraf edib. 

5 aprel tarixində cinayət işinin ittiham aktı təsdiqlənib və məhkəməyə göndərilməsi üçün prokurora təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin