“Biz Qarabağı itirmişik, Qarabağ səhifəsi bağlanıb”.
Bizim.Media xəbər verir ki, bunu arxiyepiskop Mikayel Acapaxyan erməni mətbuatına açıqlamasında deyib.
“Biz 1994-cü ildə daha irəli gedə, Azərbaycanı sülh müqaviləsinə vadar edə bilmədik, qorxduq, dayandıq. İndi isə rəsmi Bakı bizə bunu necə edəcəyimizi öyrədir.
Bizə ən böyük dərsi azərbaycanlılar verib, amma bu dərsi başa düşə bilmirik. Biz dövlət yaradan xalq ola bilmədik. Pafoslu danışdığımız üçün uduzduq, çünki qorxaq idik, Ətrafda himayədarları gözləyirdik. Yenə də uduzacağıq", deyə o, əlavə edib.
Mikayel Acapaxyan erməni xalqına belə bir sual ünvanlayıb: "Yeni hökumət gəlsə, vəziyyəti geri qaytarmaq olarmı?".
O, özü sualın cavabını qəmli notla sonlandırıb:
"Artıq geri dönüşü olmayan nöqtəni keçmişik. Bəli, Qarabağı itirmişik, Qarabağın səhifəsi bağlanıb. Əsassız bəyanatlar verirlər ki, guya ora qayıdacağıq. Bunların hamısı boş şeydir. Biz qorxaqlığımızın qurbanı olduq. Azərbaycan isə ağıllı hərəkət edir”.
Bizim.Media
- A-
- A
- A+
Region
16:27 / 13.12.2023
"Qarabağ səhifəsi bağlanıb" - Erməni arxiyepiskop
Hazırda oxunan: "Qarabağ səhifəsi bağlanıb" - Erməni arxiyepiskop
Hazırda oxunan: "Qarabağ səhifəsi bağlanıb" - Erməni arxiyepiskop
168850
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.