“İskəndər” və yaxud Qarabağ savaşında CASUS ŞƏBƏKƏSİ

Hazırda oxunan: “İskəndər” və yaxud Qarabağ savaşında CASUS ŞƏBƏKƏSİ

16832

Martın 15-də Azərbaycanın Şuşa şəhərində “İskəndər” raketinin qalıqları tapılıb.  Dinc şəhərə qarşı ağır silahların istifadəsi faktının fonunda bəlli olub ki, tapılan qalıqlar 2016-cı ildə, yəni 44 günlük müharibədən çox əvvəl təslim edilən “İskəndər-E” sisteminə deyil, “İskəndər-M” sisteminə aid olub. İndi isə gəlin anlayaq, bu raketi kim atıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “bigasia.ru” saytı yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya “İsgəndər” raketinin Şuşada tapılması ilə bağlı istintaqa başladı - ŞOK ayrıntılar 


Mənbə araşdırmasına sualla başlayır. Yoxsa zədələnmiş nömrələri olan raketi Moskva ilə Bakı arasındakı qarşıdurmaya səbəb olmaq üçün atıblar?

ARAYIŞ:

“İskəndər-M” 500 km məsafəyə qədər atılan Rusiya raketidir. 2004-cü ildə istifadəyə verilib. Kolomensk Dizayn Bürosu "Maşinostroyenie" tərəfindən hazırlanıb. Məhvetmə radiusu təxminən 2 dəfə (280 km) aşağıdır. “Iskəndər-M” hədəfləri 2 m-ə qədər dəqiqliklə vurma qabiliyyətinə malikdir. Rusiyada “İskəndər-M” iki, xarici ölkələrdə isə bir raketlə təmin edilib.

“Son araşdırmalar nəticəsində Şuşaya atılan raketin “İskəndər-M” olduğu ortaya çıxdı”. Bunu ANAMA-nın (Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi) əməliyyat qərargahının rəhbəri İdris İsmayılov deyib.

Raketin kod indeksi 9M723 olub. 

Əvvəlcə Azərbaycan hərbçiləri hesab ediblər ki, bu, sadəcə Moskva ilə Bakı arasındakı dostluq münasibətlərini pozmaq cəhdidir.

Dəhşət filmindəki kimi həqiqət

Ancaq həqiqət çox pis oldu. Rus müstəntiqlərinin aşkar etdiyi kimi (iş materialları artıq Rusiya və Azərbaycan mətbuatında geniş şəkildə müzakirə olunur və ondan sitat gətirilir) qətiliklə ixracı qadağan olunmuş uzun mənzilli döyüş mərmiləri cinayətkar qrup tərəfindən anbarlardan oğurlanaraq Ermınistana satılıb.

Versiyaya görə, cinayət əməli üçün xüsusi olaraq İl-76 nəqliyyat təyyarəsi əldə edilib. Onun köməyi ilə malların aparılması həyata keçirilib.

Bu cür saxtakarlığın mənbəyini öyrənmək üçün rəhbərliyin təcili əmrinə əsasən Rusiya Müdafiə Nazirliyi və Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşlarının birgə səyləri ilə bir neçə gün ərzində araşdırmaya başlanılıb. Casusluq, korrupsiya və müharibə

Görünən odur ki, cinayətkarların fəaliyyəti etnik qruplar vasitəsi ilə həyata keçirilib. Jurnalistlər öyrənə biliblər ki, materiallarda Rusiyanın Moskva, Sankt-Peterburq, Xabarovsk, Oryol və Tula vilayətlərində, Krasnoyarsk və Krasnodarda yerləşən müxtəlif ticarət mərkəzlərinin, dükanların və hətta inşaat ofislərinin adları yer alıb.

Raketlərin oğurlanması və satışı qeyri-adi hal hesab edilir, Çünki bunu icra etmək üçün mütləq ölkə daxilində və xaricdə gizli nəqliyyat şəbəkəsi olmalıdır.

Əslində söhbət Rusiya ərazisindəki xarici kəşfiyyatın fəaliyyətindən gedir. Üstəlik bu işdə fayda götürən İrəvan olub.

Qanunsuz olaraq əldə edilən və ünvana çatdırılan silahlar əslində şanslı bir təsadüf nəticəsində istifadə edilməyib və effektsiz qalıb. Bu, Rusiya ordusunun uzaqgörənliyindən irəli gəlib. Fakt budur ki, hərbi anbarlarda onun "istifadə qaydaları" yoxdur. Yəni bir raketi götürüb istifadə etmək heç də asan məsələ deyil.

Hər hansı müasir silah sadə bir kompüter oyunundan fərqli olaraq yüksək texnoloji sistemdir.

Bu cür texnologiyaları xarici ölkələrin hərbçiləri mənimsəyə bilmirlər. Üstəlik, söhbət texniki cəhətdən inkişaf etməyən Ermənistandan gedir. Bu səbəbdən “İskəndər-M”dən istifadə edərkən “atəş et və unut” prinsipi heç bir şəkildə işləyə bilməyib.

Unutmayaq ki, bunları dağlıq ərazilərdə, həqiqi bir toqquşma şəraitində istifadə etməyə çalışıblar.

Yalnız "pis dayanıbsa, onu sürükləmək lazımdır” prinsipinin işə yaramadığına və “İskəndər-M”in istifadəsindən sonra itki olmadığına sevinə bilərik. Əlbəttə bu, “forma geyən vampirlər”in rus müstəntiqləri tərəfindən ciddi cəzalandırılmasına mane olmayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin