Rusiya-Gürcüstan sərhədindəki Yuxarı Lars sərhəd keçid məntəqəsi Ermənistandan gələn bütün nəqliyyat növləri üçün açılıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan İqtisadiyyat Nazirliyi məlumat yayıb.
“2023-cü il dekabrın 1-də Ermənistan Respublikasının İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə AİK çərçivəsində Yuxarı Lars keçid məntəqəsindəki vəziyyəti müzakirə etmək üçün operativ iclas keçirilib.
Nəticədə keçid məntəqəsi bütün növ avtonəqliyyat vasitələri, o cümlədən tez xarab olan kənd təsərrüfatı məhsullarını daşıyan yük avtomobilləri üçün açılıb.
Eyni zamanda bildiririk ki, hazırda mövcud problemlərin təcili həlli məqsədilə fitosanitariya sahəsində səlahiyyətli dövlət orqanlarının nümayəndələri arasında ikitərəfli işçi məsləhətləşmələr aparılır”, - məlumatda qeyd edilir.
Qeyd edək ki, cari ilin noyabr ayında Rusiya Federasiyası Ermənistandan gələn yüklərinin bir hissəsini Yuxarı Lars keçid məntəqəsi vasitəsilə qəbul etməkdən imtina edib.
Bizim.Media
- A-
- A
- A+
Region
21:59 / 04.12.2023
Rusiya “Yuxarı Lars” sərhədini Ermənistandan gələn bütün nəqliyyat vasitələri üçün AÇDI
Hazırda oxunan: Rusiya “Yuxarı Lars” sərhədini Ermənistandan gələn bütün nəqliyyat vasitələri üçün AÇDI
Hazırda oxunan: Rusiya “Yuxarı Lars” sərhədini Ermənistandan gələn bütün nəqliyyat vasitələri üçün AÇDI
167439
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.