Azərbaycan regionda böyük hərbi və siyasi uğurlar əldə edib - Erməni politoloq

Hazırda oxunan: Azərbaycan regionda böyük hərbi və siyasi uğurlar əldə edib - Erməni politoloq

167322

“KTMT göstərdi ki, o, bizim təhlükəsizliyimizi təmin edə bilməz, daha doğrusu, istəmir. NATO KTMT-yə alternativ kimi təqdim olunur. Lakin Ermənistanın NATO ilə bağlı ən böyük problemləri var. Bunlardan birincisi NATO-nun ölkəmizə daxil olmağa, təhlükəsizliyimizi təmin etməyə tələsməməsidir. Bunun üçün Alyansın öz səbəbləri var”.

Bizim.Media xəbər verir ki, bu barədə erməni politoloq Aqasi Yenokyan Ermənistan mətbuatında dərc olunan məqaləsində yazıb.

“Birincisi, burada Rusiya hegemonluğu qurulub və NATO-nun Rusiya ilə yeni münaqişə mənbəyi yaratması problem yarada bilər. Ermənistan qonşuları ilə müharibə vəziyyətindədir və NATO müharibə zonalarına düşməməyə çalışır, sülh dövründə ölkələrlə işləməyə və bununla da müharibələrin qarşısını almağa üstünlük verir. 

Əgər NATO bizim təhlükəsizliyimizi təmin edə bilmirsə, biz də təhlükəsizliyimizi təmin etmək istəməyən KTMT-yə bel bağlamalıyıqmı? Belə dilemmanı çox vaxt qaçılmaz hesab edirlər. Deməli, Rusiyanın təsiri altında qalmaq, onun siyasi diktə və şıltaqlıqlarına uymaq üçün fatalist seçimimiz qalır.

Başqa nə? Belə bir sual Ermənistanın təhlükəsizliyini, eləcə də siyasi sistemini iflic edir. “Putin bizi nə vaxtsa xilas edəcək” kimi cəfəngiyyatlar ortaya çıxır. 

Uğurun bariz nümunəsi Azərbaycanla ikitərəfli müqavilələrdir. Hansı ki, rəsmi Bakı lazım olan strateji məqamdan istifadə etməyi bacarıb və regionda böyük hərbi-siyasi uğurlar əldə edib.
KTMT ilə nə etmək lazımdır? Cavab çox sadədir, heç nə. KTMT dağılmaq yolundadır. Hətta Ermənistana kənardan silah tədarükünü qadağan edə bilmir. Biz başa düşməliyik ki, KTMT-dən bizə fayda yoxdur, lakin bundan yararlanmaq şanslarımızı itirməməliyik. Məsələn, KTMT-dən nümayəndəni geri çağırmamalı, səsvermə zamanı bizim üçün xoşagəlməz qərarların qəbuluna mane olmalıyıq", deyə o, qeyd edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin