Qərbi Azərbaycan İcması – “Ermənistanın utanmaz davranışlarının həddi-hüdudu yoxdur”

Hazırda oxunan: Qərbi Azərbaycan İcması – “Ermənistanın utanmaz davranışlarının həddi-hüdudu yoxdur”

167110

“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanı “təcavüz”də, “etnik təmizləmə”də, qeyri-konstruktivlikdə ittiham edən açıqlamalarla çıxış edib”.

Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, Ermənistan diplomatiyasının utanmaz davranışının həddi-hüdudu yoxdur.

“30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamış, etnik təmizləmə həyata keçirmiş, azərbaycanlıların Ermənistana qayıdış hüququnu inkar edən bir ölkənin rəsmisinin belə açıqlaması siyasi əxlaqsızlıqdır.

Bu, həmin Ararat Mirzoyandır ki, Vətən müharibəsi zamanı oktyabr ayında başqa bir ölkənin - Azərbaycanın suveren ərazilərində dayanaraq özünə “dahi sərkərdə” siması verib “Biz güclüyük. Biz qalib gələcəyik. Ermənistan ordusuna eşq olsun” kimi açıqlamalar verirdi. 10 noyabr kapitulyasiya aktından sonra erməni xalqının qəzəblənərək küçələrə tökülməsinin bir səbəbi də yəqin Ararat Mirzoyan kimilərinin Vətən müharibəsi zamanı boğazdan yuxarı açıqlamaları idi.

Bir daha vurğulamaq istərdik ki, Ermənistanın uğursuz dövlət olmasının bir səbəbi də daşnak və mağara təfəkkürlü erməni diplomatiyasıdır.

Ermənistanın son vaxtlar ortaya atdığı “Sülh kəsişməsi” təşəbbüsünə gəldikdə isə, öncə qeyd etmək istərdik ki, layihədə nəzərdə tutulan kommunikasiyaların əksəri vaxtilə bizim yaşadığımız, sonradan deportasiya edildiyimiz ərazilərdən keçir. Bundan başqa, Ermənistan uzun müddətdir ki regionda kommunikasiyaların açılmasına mane olur və bu narrativi dəyişmək, öz aləmində guya Azərbaycanın mövqeyini zəiflətmək üçün indi “Sülh kəsişməsi” kimi utopik bir ideyanı ortaya atıb. Ermənistanın bu layihəni reallaşdırmaq üçün heç bir imkanı yoxdur. Ermənistan hələ də utopiya ilə məşğuldur”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin