Ermənistanda əsgər anaları növbəti dəfə hökumət binasının qarşısında etiraz aksiyası keçirib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “newsarmenia.am” saytı yayıb.
Mənbə yazır ki, övladlarının dərhal Qarabağdan çıxarılmasını tələb edən valideynlər hökumətdən əsgərlərin hərbi xidmətdə öldürülməsinə son qoyulmasını tələb ediblər.
Aksiya iştirakçılarından biri Asya Voskanyan xidmət müddətinin qısaldılmasını, əsgərlərin Qarabağdan çıxarılmasını istəyib.
Əsgər anası Asmik Tovmasyan isə müharibədə iştirak edən əsgərlərə qarşı laqeyd münasibətdən şikayətlənib, lazımi tibbi yardımın göstərilmədiyini deyib.
Qeyd olunub ki, artıq bir neçə aydır ki, hökumət qarşısında məsələ qaldırılmasına baxmayaraq, heç kim onların səsinə səs vermir, uşaqlara kömək edən tapılmır.
Valideynlər hökumət nümayəndələri ilə görüşdə müharibədən sonra əsgərlərin psixoloqların köməyinə ehtiyac duyduqlarını, bununla bağlı dəfələrlə məsələ qaldırdıqlarını da söyləyiblər.
Aksiya iştirakçıları N.Paşinyanla görüşməkdə israrlıdırlar.
Bizim.Media
- A-
- A
- A+
Region
16:07 / 02.04.2021
Əsgər anaları Paşinyanın yaxasından yapışdı – “Övladlarımızı Qarabağdan çıxart”
Hazırda oxunan: Əsgər anaları Paşinyanın yaxasından yapışdı – “Övladlarımızı Qarabağdan çıxart”
Hazırda oxunan: Əsgər anaları Paşinyanın yaxasından yapışdı – “Övladlarımızı Qarabağdan çıxart”
16611
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.