“Qərbin və Fransanın məqsədi Cənubi Qafqazı daha bir qarşıdurma meydanına çevirməkdir. Onlar region ölkələrinin maraqlarına məhəl qoymurlar, bölgədə təhlükəsizliyin, sabitliyin və çiçəklənmənin təmin olunması üçün heç nə etmirlər”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik keçirilən brifinq zamanı deyib.
Jurnalistin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransanın separatçıları təşviq etməsi və Cənubi Qafqazda yeni müharibələrin başlaması üçün zəmin hazırlaması ilə bağlı sualına cavabında Zaxarova qeyd edib ki, “Bakı və həmçinin bəzi ölkələr artıq dünyanın digər yerlərində özünün kökdən düşmüş siyasi nüfuzunu Cənubi Qafqazda bərpa etməyə çalışan Parisin zəhlətökənliyindən yorulub”.
XİN rəsmisinin sözlərinə görə, Cənubi Qafqazda kəskinləşmə riski davam edir, bu baxımdan Rusiya regiondakı bütün ölkələrin və onların qonşularının maraqlarının tarazlaşdırılması əsasında regionun sabitlik və rifah zonasına çevrilməsi üzərində ardıcıl iş aparır.
Bizim.Media