Gürcüstanda yeni tunel tikilir: Azərbaycandan Türkiyəyə gediş vaxtı azalır

Hazırda oxunan: Gürcüstanda yeni tunel tikilir: Azərbaycandan Türkiyəyə gediş vaxtı azalır

165611

Gürcüstanda tikilən yeni tunel Gürcüstan-Azərbaycan sərhədindən Türkiyəyədək qədər gediş vaxtını əvvəlki 8 saatdan 4-4,5 saata endirəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Georgia News xəbər yayıb.

Yeni tunel Rikoti aşırımında, ölkənin şərqi ilə qərbini birləşdirən magistralın bir hissəsində yerləşir. Nəşr qeyd edir ki, bu, Gürcüstanda ən uzun tuneldir, uzunluğu 1800 metrdir.

"Mühəndislik və elektrik şəbəkələrinin quraşdırılması başa çatacaq, bundan sonra tunel nəqliyyat üçün açılacaq", - deyə Gürcüstanın infrastruktur naziri İrakli Karseladze bildirib.

Xatırladaq ki, Rikotidə, olduqca çətin relyef şəraitində, bir neçə ildir ki, 96 körpü və 53 tuneli birləşdirəcək 50 km-dən çox 4 zolaqlı avtomobil yolu tikilir. Bu, gediş vaxtını əhəmiyyətli dərəcədə azaldacaq. Məsələn, Tbilisidən Batumiyə 4 saatdan az vaxta getmək mümkün olacaq.

Qırmızı Körpüdən (Azərbaycanla sərhəd) Sarpiyə (Türkiyə ilə sərhəd) 8 saat əvəzinə 4-4,5 saata çatmaq mümkün olacaq.

Bir sıra yeni hissələr hazırda nəqliyyat üçün qismən açıqdır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin