"İrəvanın Moskva danışıqlarından imtinası Bakıya üstünlük verəcək" - Rusiyalı politoloq 

Hazırda oxunan: "İrəvanın Moskva danışıqlarından imtinası Bakıya üstünlük verəcək" - Rusiyalı politoloq 

165563

"Ola bilər ki, İrəvan nəhayət, Moskva danışıqlarından imtina etsin. Nəticədə Bakı Qərb platformasında Paşinyan üzərində üstünlük əldə edəcək. Bu imtina ilə Azərbaycanın Qərb üçün önəmi daha da artacaq”.

Bizim.Media xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov erməni mətbuatına müsahibəsində deyib.

“Azərbaycan və Ermənistanın mövqelərini nəzərə alsaq, Qərbin hansısa vədlər müqabilində rəsmi İrəvanla razılığa gəlməsi Bakıdan fərqli olaraq daha asan olacaq. Ona görə də Brüsseldə yaradılan sənəd əsasən Azərbaycan üçün faydalı hesab edilir.
İndi Bakı Vaşinqtonu boykot etməklə bu məqsədə çatmaq üçün addımlar atır. Qərb və Vaşinqton isə qarşıdan gələn prezident seçkilərinə tələsir. Bu isə danışıqlar prosesində bəzi dəyişikliklərə səbəb ola bilər. Bütün bunlar Azərbaycanın xeyrinə işləyəcək. Xüsusən də Qərb anlayır ki, Azərbaycana təzyiqlər istənilən nəticəyə gətirib çıxarmayacaq. Çünki Azərbaycan qətiyyətlə hərəkət edir", deyə o, qeyd edib.

Politoloq Bakının iki ssenariyə hazır olduğunu vurğulayıb:

"Birincisi, Azərbaycan istər Moskva, istərsə də Qərb platformasında danışıqlara hazırdır. Bakı eyni zamanda Vaşinqtonu danışıqlardan kənarda saxlayır. Hesab edir ki, bu münasibətlər gələcəkdə İranla olduğu kimi, bərpa oluna bilər və vurğulayır ki, baş verənlər qarşıdan gələn seçkilərlə əlaqədar müvəqqəti xarakter daşıyır”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin