Sonuncu ölən ÜMİDLƏRDİR... – “Rusiya Ermənistanı geri qazanmaq istəyir”

Hazırda oxunan: Sonuncu ölən ÜMİDLƏRDİR... – “Rusiya Ermənistanı geri qazanmaq istəyir”

165433

Xəbər verdiyimiz kimi, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yardımından imtina edib. Təbii ki, bu addımı Paşinyanın Qərb meyilli siyasəti ilə birbaşa əlaqələndirə bilərik. Belə ki, Ermənistan baş naziri Qərbə yaxınlaşdıqca, Rusiyaya qarşı daha radikal addımlar atır. 

Görəsən, KTMT-dəki tərəfdaşları Ermənistanın bu addımına necə cavab verəcəklər? 

Politoloq Natiq Miri mövzu ilə bağlı Bizim.Media-ya danışıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Fransanın məkrli Rusiya PLANI: “Ermənistanı aldadıb...”


O bildirib ki, bu, siyasi yöndə verilən bir qərardır: 

“Artıq Ermənistan KTMT kimi bir hərbi təşkilatla hər hansı bir münasibətlər sisteminin olmasını istəmir. Ermənistan əsas atributlardan biri olan KTMT-nin təlimlərində iştirak etmir. Bu da KTMT ilə əməkdaşlıqdan imtina anlamına gəlir. 

Doğrudur, bu, rəsmi deyil. Ancaq bunun rəsmiyyətə çevrilməsi an məsələsidir. Çünki Nikol Paşinyan hökumətinin təhlükəsizliyi ilə bağlı ciddi təminatlara ehtiyac var. KTMT-nin nüvəsi olan Rusiya da bunu bilir”.

N.Miri vurğulayıb ki, KTMT-nin adekvat olaraq hansısa konkret hərbi addımlar atacağını düşünmür: 

“Siyasi addımın olması Ermənistan üçün heç nə ifadə etmir. Çünki Rusiyadan başqa KTMT-nin digər üzvü olan ölkələr bu addımı atmaz. İkincisi, Rusiya bu yolla hələlik Ermənistanı cəzalandırmaq istəmir. Ermənistan-Rusiya münasibətlərində nə qədər gərginlik olsa da, hələlik bu, sərt ritorikadan o tərəfə keçmir. 

Bundan başqa, Rusiya dövlət başçısı səviyyəsində Ermənistanın tənqid olunduğunu görməmişik. Deməli, hələ də Rusiya rəhbərliyində Ermənistanı yenidən qazanmaq, geriyə qaytarmaq kimi fikirlər var və bu ölkəyə zaman vermək istəyirlər”.

Məhərrəm Əliyev, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin