Ermənistan KTMT-nin yardımından İMTİNA ETDİ 

Hazırda oxunan: Ermənistan KTMT-nin yardımından İMTİNA ETDİ 

165227

Ermənistana yardımla bağlı sənədin KTMT sammitinin gündəliyindən çıxarılmasını erməni tərəfi xahiş edib. 

Bizim.Media Belarus Prezident Administrasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetov Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü zamanı bildirib. 

Görüş zamanı o da bildirilib ki, 22 noyabrda Minskdə KTMT ölkələrinin müdafiə nazirləri, xarici işlər nazirləri şuraları və təhlükəsizlik şuraları katibləri komitələrinin iclasları, 23 noyabr tarixində isə KTMT-nin sammiti keçiriləcək. 
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət əvvəl Belarus Prezidentinə KTMT Sammitində iştirak etməyəcəyini bildirib. 
 
Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin