Erməni bloger Natali Aleksanyan Qarabağ erməniləri Azərbaycanı könüllü şəkildə tərk edəndə sosial şəbəkədə cəsarətli çıxışlar edib, yaşanılan hər şeyə görə Qarabağdakı xuntanı günahlandırıb, eyni zamanda Azərbaycana köçməyə və yaşamağa hazır olduğunu deyib.
Bizim.Media xəbər verir ki, İTV televiziyası mövzu ilə bağlı erməni blogerlə əlaqə yaradıb, vaxtilə səsləndirdiyi fikirlərinə toxunub, ona bəzi suallar ünvanlayıb.
“Onilliklər ərzində Ermənistan Azərbaycan münaqişəsi çox sayda insanın ölümünə səbəb oldu. Həm azərbaycanlılar, həm də ermənilər həyatlarını itirdilər. 44 günlük müharibədən sonra bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıdı. Buna görə də düşünürəm ki, iki xalq arasında düşmənçilik əbəs imiş. Bundan sonra öz çiyinlərimə bu yükü götürdüm. Çünki başa düşdüm ki, bu düşmənçiliyə yalnız sülh yolu ilə son qoyula bilər. Belə insanlar Ermənistanda az deyil. Lakin təəssüf ki, onlar sülhdən danışmağa qorxurlar”, - deyə N.Aleksanyan bildirib.
Aparacı ondan Azərbaycan vətəndaşlığını almaq üçün rəsmi Bakıya müraciət edib-etmədiyini soruşub.
Daha ətraflı süjetdə:
Bizim.Media