Azərbaycanın erməni işğalı altındakı torpaqlarında bir sıra xarici şirkətlər tərəfindən turizm komplekslərinin, istehsalat müəssisələrinin inşası ölkəmizi uzun illərdir ki, ən çox narahat edən məsələlərdən biridir.
Maraqlıdır, Azərbaycan rəsmi Bakının icazəsi və razılığı olmadan işğaldakı torpaqlarda özbaşına inşaat işləri aparan əcnəbi şirkətləri beynəlxalq məhkəməyə verməldiirmi?
Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov ölkəmizin bu istiqamətdə bütün lazımi addımları atdığını vurğuladı:
“Azərbaycan bu istiqamətdə bütün beynəlxalq təşkilatları məlumatlandırır və tələb edir ki, bu şirkətlərin məxsus olduğu dövlətlərə, bu dövlətlərin müvafiq qurumlarına kəskin etirazını bildirir, notalar, bəyanatlar səsləndirir. Lakin onların abrı, qanacağı yoxdur. Onlar da bu işğalçını, təcavüzkarı dəstəkləyən qüvvələrdir.
Biz torpağımızı işğaldan azad edəndən sonra hardan kimlər bura hansı sərmayə qoyubsa, bu, bizim nəzarətimizə keçəcək. Biz o zaman onlarla danışacayıq. Hələ ki, bizim orada baş verənlərə qarışmaq səlahiyyətimiz faktiki olaraq yoxdur. Biz hələ ki, baş verənlərlə bağlı yalnız beynəlxalq təşkilatları məlumatlandıra bilirik”x9d.
xa0
Seymur Əliyev


































































































