Azərbaycana qarşı çıxan və Tiflisdən qaçan Pozneri Peskov təbrik etdi - SƏBƏB

Hazırda oxunan: Azərbaycana qarşı çıxan və Tiflisdən qaçan Pozneri Peskov təbrik etdi - SƏBƏB

16485

Rusiya Federasiyası Prezidentinin Mətbuat Katibi Dmitri Peskov teleaparıcı Vladimir Pozneri ad günü münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Poznerə görə Tiflisdə aləm qarışdı – Jurnalist dostları ilə gecə Moskvaya qayıtdı - VİDEO


Mənbə yazır ki, Pozner 87 yaşını 1 aprel tarixində qeyd edir. Peskov Tbilisidə Poznerin səfəri ilə bağlı etirazlara münasibət bildirib. 

O, millətçilərin Gürcüstanda ruslara qarşı təcavüzkar hərəkətlərini kəskin şəkildə qınayıb və Rusiya vətəndaşlarının bu ölkəyə səfər etməsinin təhlükəli olduğunu söyləyib:

“Posneri ad günü münasibətilə təbrik edirik. Bu əlamətdar günü evdə keçirmək daha yaxşıdır, çünki burada sakitlikdir".

Aprelin 1-də ad gününü qeyd etmək üçün Gürcüstanın paytaxtına gələn Poznerin səfəri ilə əlaqədar etirazlar yaşanıb. 

Bildirilib ki, Gürcüstanın ərazi bütövlüyünü tanımadığına görə onun Tbilisiyə gəlişi qəbuledilməzdir.

Yerli sakinlər Pozner və dostlarının qaldıqları otel binasını mühasirəyə alıblar. Sonra qonaqlar Tbilisinin mərkəzindəki Romms otelinə köçürülüb. 

Etirazçılar binanın önünə yumurta atııblar, Pozner və yoldaşlarının ölkəni tərk etmələrini istəyiblər.

Jurnalistin özü çərşənbə axşamı RİA Novosti-yə ad gününü qeyd etmək üçün Tbilisiyə gəldiyini və 3 apreldə geri dönəcəyini demişdi.

Cümə axşamı Pozner RİA Novosti-yə artıq Moskvada olduğunu bildirib.

Qeyd edək ki, Pozner 2-ci Qarabağ savaşında Azərbaycana qarşı çıxaraq Ermənistanı dəstəkləmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin