Rusiyadan Ermənistana göndərilən dərsliklərin paylanması DAYANDIRILDI 

Hazırda oxunan: Rusiyadan Ermənistana göndərilən dərsliklərin paylanması DAYANDIRILDI 

164720

Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tədris materiallarının ekspertizasının zərurəti adı altında Rusiyanın hədiyyə etdiyi rusdilli dərsliklərin paylanmasını dayandırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının vitse-spikeri Yuri Vorobyov məlumat yayıb. 

O bildirib ki, MDB çərçivəsində keçirilən iclaslarda iştirak etmək üçün Bişkekə yollanan Rusiya nümayəndə heyəti bu məsələni Ermənistan parlamentinin vitse-spikeri qarşısında qaldırıb. 

“Həmin dərsliklərin 11 noyabrda Ermənistana çatdırılmasına və tələbatın çox olduğu məktəblərdə paylanmasına başlanılıb. Qəribəsi budur ki, erməni həmkarlarımız lazımi dərsliklərin konkret siyahısını özləri bizə göndəriblər. Ermənistan Təhsil və Elm Nazirliyinin bu prosesi dayandırması məni çox təəccübləndirdi”, - deyə Vorobyov qeyd edib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin