“Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Əsasnaməsini ratifikasiya edərkən, siyasi motivləri əldə rəhbər tutub”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə danışıb.
Zaxarova qeyd edib ki, ikitərəfli məsləhətləşmələr zamanı Rusiya tərəfi Roma statunu ratifikasiya etmədən BCM mexanizmlərindən istifadə yolunu tutmaq təkliflərini irəli sürüb, lakin erməni tərəfi kompromis yollarına məhəl qoymayıb:
“Bütün xəbərdarlıqlarımıza baxmayaraq, xüsusən də Qərbin BCM vasitəsilə ölkəmizin rəhbərliyinə və məmurlarına qarşı başlatdığı anti-Rusiya siyasəti fonunda İrəvan sırf siyasi motivlərlə sənədi ratifikasiya etmək qərarına gəlib”.
Bizim.Media