Artak Beqlaryanın uğursuz Cenevrə SƏRGÜZƏŞTLƏRİ - FOTO

Hazırda oxunan: Artak Beqlaryanın uğursuz Cenevrə SƏRGÜZƏŞTLƏRİ - FOTO

164401

Azərbaycan ərazisində mövcudluğuna son qoyulmuş keçmiş separatçı rejimin nümayəndələri indi də Ermənistanın QHT-ləri tərkibində Avropada öz qeyri-qanuni təcrübələrinin təbliğatına cəhd göstərməyə çalışırlar. 

Bizim.Media xəbər verir ki, erməni KİV-ə istinadən xəbər verir ki, bu dəfə özünü keçmiş “dövlət naziri” kimi təqdim edən Artak Beqlaryan “Ermənistanın Şəfqət Cəmiyyəti” QHT-si tərkibində BMT-nin Cenevrə Ofisində Azərbaycanla bağlı Universal Dövri İcmal üzrə işçi qrupunun iclasında iştirak etsə də, iddialarının əksinə ona çıxış üçün heç bir söz verilməyib. 

Bu uğursuzluqdan sonra Artak Beqlaryanın iştirakı ilə Cenevrədə “Artsaxın bərpasına aparan yol: Azərbaycanın məsuliyyətə cəlb olunması” adlı tədbir təşkil ediləcəyi barədə xəbərlər yayılıb. 
Lakin daha sonra yayılan şəkildən də məlum olub ki, 6-7 şəxsdən və bir ölkədən (Ermənistandan) başqa onun tədbirinə heç kim qatılmayıb. 

Bununla da, bölgədəki reallıqları təhrif etməklə beynəlxalq ictimaiyyəti aldatmağa hesablanan, Ermənistanın Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsi olan "blokada" və "soyqırımı" iddialarını yaymaq məqsədi daşıyan növbəti "tədbir" fiaskoya uğrayıb. 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin