Rusiyanın məşhur telejurnalisti Vladimir Pozner martın 31-də “Airzena” aviaşirkətinin çarter reysi ilə Moskvadan Tbilisiyə gəlib. Onunla birlikdə Tbilisiyə Rusiyanın 50-yə yaxın jurnalisti və şou-biznes nümayəndəsi gəlib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb. Mənbə yazır ki, rusiyalı telejurnalistin Tbilisiyə səfəri ciddi etirazlara səbəb olub.
İctimai fəallar və müxalifət nümayəndələri telejurnalistin qaldığı mehmanxana binasının qarşısında aksiya keçirirlər. Əraziyə polis əməkdaşları cəlb olunub.
Aksiya iştirakçıları bəyan ediblər ki, Gürcüstanın ərazi bütövlüyünü tanımayan, etnik gürcü və abxazları təhqir edən bir şəxs təcili ölkədən çıxarılmalıdır.
Bəzi məlumatlara görə, telejurnalist V.Pozner aprelin 1-də doğum gününü Tbilisidə qeyd etmək üçün gəlib. O, Gürcüstan paytaxtını aprelin 3-də tərk etməli idi.
Gürcüstan Daxili İşlər Nazirliyi gecə saatlarında V.Poznerin səfəri ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, V.Poznerin Tbilisiyə səfəri qanun çərçivəsində reallaşıb. Nə onun, nə də telejurnalisti müşayiət edən nümayəndə heyətinin Gürcüstana səfərində heç bir qanun pozuntusu yoxdur.
Son anda verilən informasiyaya görə, Rusiyalı telejurnalistin Gürcüstana səfəri kəskin etirazla qarşılandığından o, Tbilisini vaxtından əvvəl tərk edib və dostları ilə birgə Tbilisi beynəlxalq aeroportundan havaya qalxıb.
Xatırladaq ki, Pozner Azərbaycana qarşı da sərt bəyanatlar səsləndirərək 2-ci Qarabağ savaşında Ermənistanı dəstəkləmişdi.
Bizim.Media
- A-
- A
- A+
Region
09:08 / 01.04.2021
Poznerə görə Tiflisdə aləm qarışdı – Jurnalist dostları ilə gecə Moskvaya qayıtdı - VİDEO
Hazırda oxunan: Poznerə görə Tiflisdə aləm qarışdı – Jurnalist dostları ilə gecə Moskvaya qayıtdı - VİDEO
Hazırda oxunan: Poznerə görə Tiflisdə aləm qarışdı – Jurnalist dostları ilə gecə Moskvaya qayıtdı - VİDEO
16440
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.