"Anklavlar veriləndən sonra strateji yollara nəzarəti tamamilə itirəcəyik" - Erməni deputat

Hazırda oxunan: "Anklavlar veriləndən sonra strateji yollara nəzarəti tamamilə itirəcəyik" - Erməni deputat

164360

"Azərbaycanın Ermənistana qarşı tələblərindən əl çəkdiyini düşünmürəm".

Bizim.Media erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı daşnak Armen Rüstəmyan jurnalistlərlə söhbətində deyib.

“Birincisi, bu sərhədlərin dəqiqləşdirilməsinə aiddir. Bakı bəyan edib ki, bu gün tutduğu mövqelərdən geri çəkilmək fikrində deyil. Biz (Ermənistan-red.) isə ən azı 200 kvadratmetrlik ərazini itirdiyimiz bildiririk.

İkincisi, Ermənistana çox ciddi zərbə vuracaq anklavlar məsələsidir. Biz strateji yollara nəzarəti tamamilə itirəcəyik. Bu anklavları təslim etməklə Ermənistan özü də anklava çevriləcək.

Üçüncüsü, Naxçıvanla əlaqə məsələsidir. İndi deyirlər: “koridor” sözünü bəyənmirsiniz, gəlin başqa termindən istifadə edək. Lakin mahiyyətin itməsini istəmirlər. Onlar tələb edirlər ki, ərazi ən azı 9-cu bənddə nəzərdə tutulan statusa malik olsun. Ermənistan deməyə çalışır ki, 9-cu bənd yoxdur, amma imza var. Əgər hakimiyyət bu bəndin tələblərindən kənara çıxa bilsə, bu, fərqli vəziyyət yaradacaq”, - deyə Rüstəmyan bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin