"Kreml Paşinyanın KTMT-nin Minskdə keçiriləcək iclasında iştirak etməyəcəyinə təəssüflənir".
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Paşinyanın KTMT sammitində iştirakdan imtina etməsinə münasibət bildirərkən deyib.
"Əgər belədirsə, onda yalnız təəssüf hissi ifadə etmək olar. Belə görüşlər mövqeləri dəqiqləşdirmək üçün yaxşı səbəbdir. Moskva başa düşür ki, hər bir hökumət və ya dövlət başçısının öz iş qrafiki və şəraiti ola bilər. KTMT aktual olaraq qalır və blok çərçivəsində təşkil olunan görüşlər bu qarşılıqlı fəaliyyət formatına olan tələbatı göstərir", - o bildirib.
Bizim.Media