Erməni ekspertdən xəbərdarlıq: Ölkəni tərk edənlərin sayı çoxalıb

Hazırda oxunan: Erməni ekspertdən xəbərdarlıq: Ölkəni tərk edənlərin sayı çoxalıb

164281

Əhalinin ölkəni tərk etməsi Ermənistan üçün ağır nəticələrə səbəb ola bilər.

Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Armenia” erməni etnoqraf Artaşes Boyacyana istinadən yazıb.

Ekspertin sözlərinə görə, əhalinin Ermənistandan xaricə axını ölkənin regionlarında xüsusilə nəzərə çarpır.

“Sabit demoqrafik inkişafı nəzərə alsaq, Ermənistanın əhalisi artıq 5,5 milyon nəfərə çata bilərdi, lakin bu gün tamamilə fərqli mənzərə görünür və hazırkı statistikaya əsasən, ölkədə 2 milyon 900 min nəfər qalıb. Bu rəsmi rəqəmlərdir, əslində daha azdır”, - deyə o vurğulayıb.
O, əlavə edib ki, bu tendensiya getdikcə sürətlənir.

Ekspertin fikrincə, əhalinin Ermənistanı kütləvi tərk etməsinin əsas səbəblərindən biri kifayət qədər gəlir təmin edən iş yerlərinin olmamasıdır.

Bundan əlavə həm də, Ermənistan əhalisinin böyük hissəsi yaşlı nəslin nümayəndələridir, belə ki, yaşı 65-dən yuxarı olanlar ölkə əhalisinin 14,5 faizini, bəzi kənd yaşayış məntəqələrində isə 22 faizə qədər hissəsini təşkil edir.

Əhalinin təbii artımına zərbə vuran amillər sırasında 1988-ci il dekabrın 7-də baş vermiş zəlzələ, ölkədəki ağır sosial-iqtisadi vəziyyət, birinci və ikinci Qarabağ müharibələri, 2020-ci ildə koronavirus (COVID-19) pandemiyası, Ermənistanın siyasi qeyri-sabitliyi və davam edən mühacirət göstərilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin