Ermənistanda hərbçi valideynləri üsyan edir: “Övladlarımızı ölmək üçün qəsdən azərbaycanlıların üstünə yollayıblar”

Hazırda oxunan: Ermənistanda hərbçi valideynləri üsyan edir: “Övladlarımızı ölmək üçün qəsdən azərbaycanlıların üstünə yollayıblar”

16401

“Ermənistan hökuməti mənim oğlumun izini qəsdən itirib. Çünki övladım orduda baş verənlər barədə çox şey bilirdi”.

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu sözləri 44 günlük savaşda itkin düşən erməni əsgərin atası Tiqran Şahbalyan deyib. 

Deputatlarla görüşdən sonra erməni valideynlər jurnalistlərlə söhbət zamanı uşaqlarından hələ də xəbər ala bilmədikləri üçün etiraz ediblər:

“Bizdə məlumat var ki, zabitlər əsgərlərlə mübahisə edib və onlara qarşı güc tətbiq edərək qəsdən Azərbaycanın nəzarətində olan ərazilərə göndəriblər”, - deyə Şahbalyan əlavə edib. 

İtkin erməni hərbçisinin valideyni iddia edir ki, hər şeydə övladının komandiri Qora İşxanyan günahkardır. Belə ki, adıçəkilən erməni komandirə hazırda zəng çatmır.  

Aqibəti barədə xəbər verilməyən digər erməni əsgərinin anası isə qeyd edir ki, “Qora İşxanyana zəng vurub dedim ki, oğlumun sağ olduğunu bilirəm. O isə mənə söylədi ki, o uşaqlardan hansınınsa həyatda qalması mümkünsüzdür.

O, bizim uşaqları həmin zonaya qəsdən göndərib. Övladımı ölmək üçün qəsdən türklərin (azərbaycanlıları nəzərdə tutur) üstünə yollayıb”.

Erməni valideynlər oğullarının itkin düşməsində, ölməsində Cəlal Arutyunyan, general-mayor Karen Arustamyan və Kamo Vardanyanı da günahlandırırlar. Artur Kikosyan adlı erməni valideyn də ermənilərə qarşı bu təxribatın elə separatçı “Artsax müdafiəçiləri” tərəfindən törədildiyini vurğulayıb:

“Bu cinayətin şahidləri də var. Sadəcə olaraq həmin adamlar həyatlarını təhlükəyə atmamaq üçün susurlar”. 

Qeyd edək ki, erməni valideynlərinin etirazında ən çox adı hallanan Azərbaycan torpağı Hadrutdur. Belə ki, onlar erməni əsgərlərinin təhlükəsiz yer adı ilə aldadılaraq Hadruta göndərildiyini iddia edirlər.

İrəvan hökumətindən övladlarını geri istəyən ermənilərin etirazı noyabrın sonlarından bəri davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin