“Rusiyanın heç kimi cəzalandırmağa gücü yoxdur”.
Bizim.Media xəbər verir ki, sensasion məlumatı bu gün Ermənistanın “Past” qəzeti yayıb.
Qəzetin yazdığına görə, hələ oktyabr ayında Paşinyan hakim komandanın qapalı iclasını keçirib və o, “Qərbə dönüş” üçün mərhələli planı elan edib.
Paşinyan burada Rusiya ilə tərəfdaşlığın nə indi, nə də gələcəkdə Ermənistana heç nə vermədiyini və buna görə də yeni tərəfdaşlar axtardıqlarını deyib. İclas iştirakçıları onunla razılaşıblar.
O, bundan sonra MDB və KTMT çərçivəsində tədbirlərdə iştirak etməyəcəyini də bəyan edib. Paşinyan, Qərb müttəfiqlərinin İrəvana təklif etdiyi yeni imkanlar yaxın vaxtlarda açıqlanacağını da söyləyib.
İclas iştirakçılarından biri Paşinyan Moskvanın cavab addımlarının nəticələrini hesablayıb-hesablamadığını soruşduqda Ermənistan baş naziri “Rusiya indi o qədər zəifləyib ki, artıq heç kimi heç nəyə görə cəzalandırmaq iqtidarında deyil” deyə cavablandırıb.
Bizim.Media
- A-
- A
- A+
Region
14:15 / 11.11.2023
\"Rusiya artıq heç kimi cəzalandıra bilməz\" – Paşinyandan BƏYANAT
Hazırda oxunan: \"Rusiya artıq heç kimi cəzalandıra bilməz\" – Paşinyandan BƏYANAT
Hazırda oxunan: \"Rusiya artıq heç kimi cəzalandıra bilməz\" – Paşinyandan BƏYANAT
163893
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.