“Gürcüstan Ermənistan-Azərbaycan münaqişəsində tərəf tuta bilməz” - Qaribaşvili

Hazırda oxunan: “Gürcüstan Ermənistan-Azərbaycan münaqişəsində tərəf tuta bilməz” - Qaribaşvili

163802

Gürcüstan Ermənistan-Azərbaycan münaqişəsində tərəf tuta bilməz.

Bizim.Media xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili Paris Sülh Forumunun panel müzakirəsində deyib.

O, Gürcüstanın hər iki ölkə ilə də dostluq əlaqələrinə malik olduğunu, bu səbəbdən 100 faiz neytrallıq nümayiş etdirdiyini vurğulayıb.

"Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlıq əlaqələri, dostluq əlaqələri var, həmçinin qardaş Ermənistanla dostluq əlaqələrinə malikdir. Gürcüstan qərəzli ola bilməz, biz 100 faiz neytralıq və bu vəziyyətdə heç bir tərəfi tuta bilmərik. Dostum Nikol Paşinyan bu mövqeyi yaxşı bilir. Eyni şeyi dostum İlham Əliyev haqqında da deyə bilərəm", - Qaribaşvili bildirib.

Baş nazir Gürcüstanın tərəfsizliyinin bütün region üçün vacib olduğunu əlavə edib (apa)

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin