Erməni hakim Beynəlxalq Ədalət Məhkəməsinə SEÇİLƏ BİLMƏDİ 

Hazırda oxunan: Erməni hakim Beynəlxalq Ədalət Məhkəməsinə SEÇİLƏ BİLMƏDİ 

163779

Rusiyadan olan erməni əsilli hakim Kirill Gevorkyan BMT Beynəlxalq Məhkəməsinin heyətinə seçilməyib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Qolos Amerika” məlumat yayıb. 

Bildirilib ki, 1946-cı ildən ilk dəfədir SSRİ-nin, yaxud indiki halda onun varisi Rusiyanın nümayəndəsi Beynəlxalq Məhkəmənin heyətinə daxil edilmir. 

Məlumata görə, Kiril Gevorkyan 2015-2021-ci ildə məhkəmənin üzvü və vitse-prezident olub. Onu Şərqi Avropadan Rumıniyanın nümayəndəsi Boqdan Auresku əvəzləyəcək. 
Qeyd edək ki, BMT-nin Beynəlxalq Məhkəməsi 9 illiyə seçilən 15, hər il seçilən 5 hakimdən ibarətdir. Hakimlərin seçilmək üçün BMT Baş Assambleyasının (97 səs) və Təhlükəsizlik Şurasının (8 səs) mütləq səs çoxluğunu qazanmalıdırlar. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin