“Dünyada baş verən dəyişiklikləri, prosesləri Azərbaycanda öncədən dərk etdilər və bu situasiyadan daha çox yararlandılar".
Bizim.Media xəbər verir ki, bu barədə erməni analitik David Stepanyan Ermənistanın 1inTv kanalında danışıb.
"Azərbaycan rəhbərliyi bu gün dəyişən dünya nizamından maksimum yararlandı. Biz isə bunu bacarmadıq. Oturub, sülhdən danışırıq, yenə deyirəm, burada pis bir şey yoxdur, amma bununla paralel bir hərəkət etmirik. İstənilən sülhün təməlində milli maraqlardan başqa heç nə olmamalıdır. Biz bu milli marağı aydın şəkildə ifadə etməli, tövsiyələr verməliyik və bu tövsiyələrlə Vaşinqtona getməliyik, çünki Vaşinqton müasir dünyada hegemondur.
Yeganə xilaskarımız Rusiyaya ümid bəslədiyimiz üçün dünya ilə əlaqəmiz kəsildi və düşündük ki, nə olursa olsun Rusiya gəlib bizi xilas edəcək.
Əvvəla, siyasi kateqoriyada “xilaskar” anlayışı yoxdur. Təəssüf edirəm ki, Ermənistan rəhbərləri, adlarını çəkmirəm, hamı onların kim olduğunu bilir, uzun müddət bu mövcud olmayan xilaskarlara arxalanıb. Ola bilsin ki, insanlar o vaxtlar da, indi də siyasətdən çox uzaq olublar ki, bunu dərk etməyiblər. Politologiya nöqteyi-nəzərindən bunu faciə adlandırardım”, - deyə analitik bildirib.
Bizim.Media
- A-
- A
- A+
Region
16:13 / 06.11.2023
Azərbaycan qaydalarla oynadı və maksimum fayda əldə etdi - Erməni analitik
Hazırda oxunan: Azərbaycan qaydalarla oynadı və maksimum fayda əldə etdi - Erməni analitik
Hazırda oxunan: Azərbaycan qaydalarla oynadı və maksimum fayda əldə etdi - Erməni analitik
163156
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.