Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclası keçirilir.
Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, iclasa Prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edir.
MÖVZU İLƏ BAĞLI:
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti müzakirə ediləcək
İclasda Türkiyə Ordusunun Azərbaycan, Liviya və Suriyadakı fəaliyyəti, ölkə daxilində və xaricində terrorla mübarizə, Egey, Şərqi Aralıq dənizi və Kipr mövzuları müzakirəyə çıxarılıb.
Qarabağda atəşkəsə nəzarət etmək üçün yanvarın 30-da işə başlayan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin qiymətləndirilməsi də iclasın gündəliyində olan məsələlərdən biridir.
Bizim.Media