Batuminin bir qrup sakini türk şirkətinə qarşı çıxdı – SƏBƏB

Hazırda oxunan: Batuminin bir qrup sakini türk şirkətinə qarşı çıxdı – SƏBƏB

16280

Gürcüstanın Qara dənizin sahilində yerləşən Batumi Şəhər Şurası sahəsi 3380 kv olan çimərliyə görə mübahisəli qərar layihəsini nəzərdən keçirir. Adı çəkilən ərazinin “Le Meridian” otelinə sahib olan Türkiyənin “Batumi Tower” şirkətinə uzunmüddətli icarəyə verilməsi gözlənilir.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Novosti-Georgia” nəşri yayıb.

Mənbə yazır ki, mülki fəallar, müxalifət nümayəndələri və Batumi sakinləri iclas zamanı Şəhər Şurasının binasına buraxılmayıblar. Onlar bayırda toplaşıblar.

Nəticədə Şəhər Şurasının sədri Suliko Tebidze ictimaiyyətin təzyiqi ilə iclası dayandırmaq məcburiyyətində qalıb və mübahisəli mövzunun gündəmdən çıxarıldığını söyləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin