Berbokdan Cənubi Qafqaz AÇIQLAMASI: "Barışıq yaradılması çox vacibdir"

Hazırda oxunan: Berbokdan Cənubi Qafqaz AÇIQLAMASI: "Barışıq yaradılması çox vacibdir"

162751

Ermənistan və Azərbaycan arasında münaqişə tərəflərə sağalması uzun müddət alacaq yara vurub, ancaq hər iki ölkə qarşılıqlı etimad yolunu tutmalıdır.

Bizim.Media DW-yə istinadən xəbər verir ki, bunu Cənubi Qafqaz regionuna səfərindən öncə Almaniya xarici işlər naziri Annalena Berbok deyib.

Almaniya xarici işlər naziri bildirib ki, onun ölkəsi və Avropa İttifaqı “keçmişin kölgəsini dəf edən bir region qurmaq” və region əhalisi üçün daha yaxşı gələcəyə naminə Cənubi Qafqaz ölkələri ilə birgə işləmək istəyir.
Almaniyalı nazir sülh naminə ölkələrin “qarşılıqlı etimad yolunu tutması”nın vacib olduğunu vurğulayıb. Nazir əlavə edib ki, bu yolda Almaniya ilə Aİ bütövlükdə İrəvan və Bakını konkret təşəbbüslərlə dəstəkləməyə hazırdır.

Berbok qeyd edib ki, Aİ Qara dənizdən keçən sualtı rabitə kabeli də daxil olmaqla, regiona sülh yolu ilə bağlı konkret təkliflər verməyə hazırdır və o əlavə edib ki, belə layihələr "Ermənistan və Azərbaycanı bir-birinə və bizə yaxınlaşdırmağa” kömək edəcək.

O vurğulayıb ki, regionda etimad və barışıq yaradılması çox vacibdir: "Buna görə də Almaniya Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə üçtərəfli danışıqların tezliklə bərpasını dəstəkləyir".

Xatırladaq ki, Almaniya XİN rəhbəri səfərinə Ermənistandan başlayacaq və orada xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.

Almaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, xanım Berbok Ermənistanda Qarabağı könüllü tərk edən erməni sakinlərinin qəbulu mərkəzinə baş çəkməyi planlaşdırır.

Sərhədin Ermənistan tərəfi boyunca təhlükəsizlik vəziyyətinə nəzarət etmək məqsədi daşıyan Aİ-nin Ermənistandakı monitorinq missiyasının (EUMA) üzvləri ilə də danışıqlar planlaşdırılır.
O, şənbə günü Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin