Ermənistanda dövlət binalarını partlatmağa və ələ keçirməyə hazırlaşan cinayətkar qrup saxlanılıb.
Bizim.Media "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
İşin materiallarına görə, beş nəfər (A. M., S. M., E. Ç., V. V. və K. S.) və şəxsiyyəti hələlik müəyyənləşdirilməmiş bir sıra şəxslər 2023-cü il ərzində terror aktları hazırlayıblar.
Qeyd olunur ki, cinayətkar birliyin planlarına partlayışa hazırlıq və onun həyata keçirilməsi, habelə dövlət orqanlarının işini pozmaq məqsədi ilə hökumət və digər binaların zəbt edilməsi daxil olub. Bunun üçün onlar bütün lazım olan materialları əldə edib və ya özləri hazırlayıblar.
Bizim.Media