İranın timsah GÖZ YAŞLARI – Tehran İsrail-HƏMAS savaşından MİLYARDLAR QAZANIR

Hazırda oxunan: İranın timsah GÖZ YAŞLARI – Tehran İsrail-HƏMAS savaşından MİLYARDLAR QAZANIR

162446

İran şadyanalıq edir. Çünki, Qəzza zolağında davam edən müharibə hər cəhətdən İranı qabağa salıb. Belə ki, ötən gün İranda neft hasilatı sutkada 2,9 milyon bareldən 3,4 milyon barelə yüksəlib. Bu barədə danışan İranın Neft, Qaz və Neft-Kimya İxracatçıları Birliyinin rəsmi nümayəndəsi Seyyid Həmid Hüseyni deyib ki, İran neft hasilatını sutkada 3,8 milyon barelə çatdırmaq istəyir.

Məlum olduğu kimi İranın neft ixracına Qərb embarqo qoyulub. Lakin İsrail-HƏMAS müharibəsi dünya birjalarında neftin qiymətinin qalxmasına səbəb olub.

Növbəti qiymət sıçrayışlarının qarşısını almaq üçün Qərb İranın neft ixracına qoyduğu embarqonu bir qədər zəiflədib. Belə ki, ötən gündən etibarən İran dünya bazarına hər gün əlavə olaraq yarım milyon barel neft çıxarmağa başlayıb. Bu da o deməkdir ki, hər gün İranın büdcəsinə əlavə olaraq 100 milyonlarla dollar gələcək. 

İranın yaxın dövr üçün 2 hədəfi

İstənilən regional münaqişə neftin dünya bazarındakı qiymətinə təsir edir. İsrail- HƏMAS müharibəsi də bu mənada istisna təşkil etmir. Ona görə də İran kimi sanksiyalara məruz qalmış neft ölkəsi regional münaqişələrin olmasında maraqlıdır. Əslində İran İsrail-HƏMAS qarşıdurmasında maraqlı tərəf olduğunu da gizlətmir. 

Bu təkcə neftlə bağlı məsələ deyil. Bu daha çox dinlərarası intiriqanı qızışdırmaq məqsədiylə bağlıdır. Molla-fars rejimi ikili oyunu ilə həm HƏMAS-ı, həm də İsraili uzunmüddətli müharibəyə təşviq edir. Çünki bu münaqişə İranın maraqlarına tam cavab verir. 
İran maraqlıdır ki, bu müharibə yaxın dövlətlərə də sirayət etsin. Hansı ki, qonşu dövlətlərin hamısı müsəlman, ən əsası neft istehsalçısı olan ölkələrdir. Rəsmi Tehran hesab edir ki, ərəb dünyasını bürüyəcək müharibə İrana yeni fürsətlər yaradacaq. Belə ki, qanlı və böyük müharibə hesabına İran bir İslam ölkəsi kimi önə çıxacaq və dünyada İslamın əsas dayağı olan ölkə kimi tanınacaq. 

Tehranın timsah göz yaşları

Bundan əlavə zəngin neft-qaz yataqlarına malik ərəb dövlətlərinin dünya bazarındakı mövqeyi zəifləyəcək və İran neftinə tələbat artacaq.

Ona görə də İsrail-HƏMAS qarşıdurmasında maraqlı tərəflərdən biri də İrandır. Təsadüfi deyil ki, müharibənin 24-cü günündə İran böyük ölçüdə iqtisadi dividend əldə edib. Əgər münaqişə uzun müddət davam etsə, onda İran neft ixracını ən azı 50 faiz artıra bilər. 
Bu da o deməkdir ki, molla-fars rejiminin Fələstin xalqı üçün tökdüyü “göz yaşları“ timsahın göz yaşlarından heç də fərqlənmir.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin