“Alçaq Zori Balayan utandığı üçün müsahibə vermir?" - Erməni bloger

Hazırda oxunan: “Alçaq Zori Balayan utandığı üçün müsahibə vermir?" - Erməni bloger

162442

“35 il əvvəl ermənilərin əksəriyyəti Azərbaycandan Rusiyaya və ABŞ-a köçüb. Hazırda bu insanlar gözəl və xoşbəxt yaşayırlar. Onlar yaşamaq üçün Qarabağı yox, siyasi şüarlardan uzaq sakit həyatı seçmişdilər!”.

Bizim.Media xəbər verir ki, bu barədə erməni bloger Roman Bağdasaryan öz Facebook səhifəsində yazıb.

“Bizim atalarımız isə bu qaraçı Zori Balayana və Qarabağdan olan başqa fırıldaqçılara inanaraq Qarabağa gediblər. Atalarımız ya Qarabağda dünyasını dəyişiblər, ya da dəhşətli xəstəliklərdən, stressdən vəfat ediblər.

Şübhə yoxdur ki, "Arsax TV"nin (Qarabağdakı keçmiş qondarma rejimə xidmət edəm media qurumu) aparıcıları, generallar və məmurlar öz xoşbəxtliklərini bizim bədbəxtliyimiz üzərində qurmuşdular. Valideynlərimiz ölərkən və ya döyüşdə həlak olarkən bu alçaqlar oğurlanmış pullarla Ermənistanda, Rusiyada əşyalar alırdılar.

İnanıram ki, Allah onlara bizim bədbəxtliyimizlə yaşamağa imkan verməyəcək. Hər biriniz atalarımızın qanını ödəyəcəksiniz! Atalarımız xəstəlikdən və ya güllədən ölürdülər, Qarabağ quldurları, məmurları isə İrəvanda kef edirdilər. Bu, axı belə olmamalıdır. 
 

Hamımızın sual verməyə haqqımız var: bütün bunlar son 35 ildə olub? 1988-ci ildə mitinqlərdə verilən vədə görə kim cavab verəcək? Zori Balayan niyə susur? Bu mitinqlərdə atama vədlər verən, yalanlar aşılayan məxluq haradadır? Zori Balayan elə bilir ki, atalarımız güllədən və ya xəstəliklərdən ölüblər və bu barədə ondan heç nə soruşan olmayacaq?

Utandığı üçün bir dəfə də olsun müsahibə vermir! Məhz bu zibil Rusiyaya məktublar yazaraq Qarabağın Rusiya Federasiyasının tərkibinə daxil edilməsini xahiş etmişdi! Bu alçaq həm Ermənistanın, həm də Azərbaycanın arxasında iş çevirərək Qarabağı Rusiyanın tərkibinə qatmaq istəyirdi.
Biz sadə insanlardan necə yaşamaq istədiyimizi soruşdunuzmu? Həyatımızı cəhənnəmə çevirmək haqqını sizə kim vermişdi? Qohumlarımız, atalarımız həyatımızın yaxşılaşacağına inanırdılar, bəs nə oldu? Erməni əsgərlərinin sümükləri ilə varlanan Zori Balayan və onun ailəsi daha yaxşı yaşamağa başladılar?”, – deyə o, qeyd edib.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin