Ermənistan Arazdəyəndəki zavodun başqa yerə köçürüldüyünü TƏSDİQLƏDİ 

Hazırda oxunan: Ermənistan Arazdəyəndəki zavodun başqa yerə köçürüldüyünü TƏSDİQLƏDİ 

162284

Ermənistan Azərbaycanla sərhəddə yerləşən Arazdəyən bölgəsində inşa edilən metallurgiya zavodunun başqa əraziyə köçürüldüyünü təsdiq edib. 

Bizim.Media “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Vaan Kerobyan parlamentdə danışıb.  

Onun sözlərinə görə, sözügedən zavod hazırkı yerindən çox da uzaq olmayan əraziyə köçürüləcək.  

Erməni nazir zavodun köçürülməsi və tikinti prosesinin davam etdirildiyini də əlavə edib.

Xatırladaq ki, “erməni-amerikan” metallurgiya zavodunun köçürülməsi barədə məlumat ilk olaraq sentyabr ayında yayılıb. Bu zaman Ermənistan İqtisadiyyat Nazirliyi zavodun köçürülməsi barədə erməni KİV-də yayılan bu məlumatları nə təkzib, nə təsdiq etmişdi. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin