“Bir il ərzində Qarabağ ermənilərinin 35 faizi Ermənistanı tərk edəcək” – Bağdasaryan  

Hazırda oxunan: “Bir il ərzində Qarabağ ermənilərinin 35 faizi Ermənistanı tərk edəcək” – Bağdasaryan  

162272

“Bir çox Qarabağ erməniləri Ermənistandan qaçmağa davam edirlər. Mən artıq ən azı üç ailəni tanıyıram ki, yalnız keçmiş qondarma rejimin “məmurları”nın daimi təhdidləri ilə ölkədən gediblər. Qarabağ erməniləri quldurların həbsi, baş verən bəlalara görə məsuliyyət daşıyanlara qarşı bir cinayət işi, “Qarabağ klanı”nın başçılarının əmlakının müsadirə olunması ilə bağlı heç bir bəyanat görmədilər”. 

Bizim.Media “caliber.az”a istinadən xəbər verir ki, bu barədə erməni bloger Roman Bağdasaryan öz “Facebook” səhifəsində yazıb. 

“Əslində Ermənistan sadə Qarabağ sakinlərinə İrəvanın mərkəzində onların (red. Qarabağ erməniləri) boğazını kəsməklə hədələyən Samvel Şahramanyanın hədələri altında yaşamağı təklif edir. Bir ay ərzində qarabağlıların 6 faizi getdi.
Onların təxminən 35%-i bir il ərzində Ermənistanı tərk etməyi planlaşdırır. İnsanlar 35 ildir ki, narkomanların və quldurların əlində əzab çəkiblər. İndi isə onlardan cinayətkarların təsiri altında əzab içində yaşamağa davam etmək istənilir”, - deyə Bağdasaryan qeyd edib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin