Erməni milyoner niyə özünü qatarın altına atdı? – DETALLAR AÇIQLANDI - FOTO

Hazırda oxunan: Erməni milyoner niyə özünü qatarın altına atdı? – DETALLAR AÇIQLANDI - FOTO

16225

Moskvanın ''Dmitrovskaya'' metro stansiyasında qatarın təkərləri altında ölən şəxsin böyük rusiyalı iş adamı, milliyyətcə erməni olan Valeri Baqdasarov olduğu ortaya çıxıb. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Komsomolskaya Pravda” qəzeti yayıb.

Mənbə yazır ki, hadisə 21 mart bazar günü günortadan sonra baş verib. 72 yaşlı kişi qatarın altından çıxarıldıqda ölüb. 

Bütün şərtlər iş adamının uzun müddət metrodan istifadə etmədiyi üçün özünə qəsd etdiyini göstərir.

“Təcili yardım xidmətləri qatarın altından mərhum 72 yaşlı iş adamı Valeri Baqdasarovun cəsədini tapıblar.

O, sözün əsl mənasında qatar təkərləri tərəfindən yarıya bölünüb. Belə şəraitdə yaşamaq üçün heç bir şansı olmayıb. Ölən kişinin cəsədi relslərdən qaldırılaraq məhkəmə meyitxanasına aparılıb”. Hüquq-mühafizə orqanlarının əməkdaşları belə deyib.

İndi polis hadisənin səbəblərini yoxlayır. Əməliyyatçılar böyük bir kənd təsərrüfatı firmasının qurucusu olan milyonerin metroya ümumiyyətlə niyə getməli olduğunu anlamağa çalışırlar.

Valeri Baqdasarovun o uğursuz gündə stansiyada tam olaraq nələr etdiyini, necə və hansı şəraitdə relslərə düşdüyünü istintaq müəyyən edəcək.

Valeri Baqdasarov tanınmış bir iş adamıdır. Alsiko şirkətinin təsisçisi və direktorlar şurasının sədridir. Onun şirkətinin istehsal etdiyi gübrələr yalnız Rusiyada deyil, xaricdə də satılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin