“Paşinyan bolşevikdir” – Onu dəstəkləyən “lümpen”lər kimlərdir?

Hazırda oxunan: “Paşinyan bolşevikdir” – Onu dəstəkləyən “lümpen”lər kimlərdir?

16170

“Nikol Paşinyan siyasi texnologiyalar hesabına hakimiyyətini qoruyur. Ermənistan baş naziri Qarabağ savaşını vətəndaş müharibəsinə çevirdi”.

Bizim.Media xəbər verir ki, bu sözləri “YouTube” kanallarından birinə müsahibəsində Rusiyalı siyasi texnoloq İqor Dmitreyev açıqlayıb. 

İqorun fikrincə, Nikol hazırda Ermənistan vətəndaşlarını 2018-ci ildə olduğu kimi emosiyalar üzərində saxlaya bilmir:

“Çünki Nikol artıq liberal deyil. Paşinyan bolşevikdir. O, insanlara aşılayır ki, onların pis həyat şəraitində günahkarlar eks və varlı Ermənistan liderləridir. Belə ki, onlar sadə vətəndaşların boğazından kəsərək kasıb ermənilərin hesabına varlanıblar. Bolşeviklər kimi, Paşinyan da sosial durumu aşağı olan insanlarla çalışmağa üstünlük verir. Bu yolla Nikol kasıb insanları erməni elitasına qarşı qaldırır.

Hazırda Paşinyanı dəstəkləyənlər lümpenlərdir (avara, dilənçi, cani, cəmiyyətdən qovulmuş insanlar)”.

Sözlərinə təsdiq kimi, Dmitriyev Ernənistan ordusunun da Paşinyanı istefaya səslədiyini göstərdi. 

“Hər belə etirazdan sonra Nikol fasilə verir. Qabardılan məsələləri uzadır, dondurur və nəticədə müxalifətçilər arasında mübahisələr düşməyə başlayır. Ermənilərin etiraz hərəkatında artıq müxtəlif qruplaşmalar var. Müxalifətin vahid olmaması da Nikolun fəaliyyətinin nəticəsidir. Bilmirəm, o özü belə ağıllıdır, yoxsa kiminsə məsləhəti ilə oturub-durur”.

Ekspertin sözlərinə görə, Paşinyanın hakimiyyətdə qalmaq üsulu siyasi texnologiyaların ən elementar versiyasıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin