Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın “The Wall Street Journal”da dərc olunan açıqlamaları ilə bağlı İrəvandan tam məlumat alacağını gözləyir.
Bizim.Media xəbər verir ki, bunu Putinin sözçüsü Dmitri Peskov deyib.
“Biz “The Wall Street Journal”ı əsas mənbə kimi qəbul etmirik. Ona görə cənab Paşinyanın nədən danışdığını dəqiq başa düşməliyik. Təbii ki, erməni dostlarımızla söhbətdə bu məsələ ilə bağlı bütün məlumatları alacağımızı gözləyirik".
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin "Ermənistan liderinin Rusiya və KTMT-yə qarşı səsləndirdiyi fikirlərə Kremlin münasibəti necədir?" sualını cavablandırarkən belə deyib.
"Əlbəttə, Rusiya və Ermənistanın qəzetlər, xüsusən də “The Wall Street Journal” vasitəsilə əlaqə saxlaması yaxşı deyil.
Ona görə də biz erməni dostlarımızla söhbəti, dialoqu davam etdiririk və davam etdirəcəyik, bizim çox geniş gündəliyimiz var”, - Peskov əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Region
16:34 / 26.10.2023
Peskov: “Paşinyanın açıqlamaları ilə bağlı İrəvandan tam məlumat gözləyirik"
Hazırda oxunan: Peskov: “Paşinyanın açıqlamaları ilə bağlı İrəvandan tam məlumat gözləyirik"
Hazırda oxunan: Peskov: “Paşinyanın açıqlamaları ilə bağlı İrəvandan tam məlumat gözləyirik"
161636
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.