Erməni faşizminin İFŞASI – Milli ayrıseçkilik BMT-də İrəvanın başına BƏLA OLDU

Hazırda oxunan: Erməni faşizminin İFŞASI – Milli ayrıseçkilik BMT-də İrəvanın başına BƏLA OLDU

161617

Azərbaycanın hücum diplomatiyası öz bəhrəsini verir. Demək olar ki, hər gün siyasi, iqtisadi və yaxud diplomatiya sahəsində növbəti uğurun müjdəsini eşidirik.

Bu dəfəki uğurun müjdəsini isə BMT-dən aldıq.

Belə ki, BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi Ermənistanda ayrı-seçkiliyə qarşı hərtərəfli qanunvericiliyin olmaması barədə bəyanat verib. Bəyanatda bildirilir ki, BMT-nin adı çəkilən Komitəsinin Ermənistanla bağlı dördüncü dövri hesabatına əsasən Ermənistan ayrı-seçkiliyə qarşı qanunvericiliyi yeniləməlidir.

Bəyanatda o da qeyd edilir ki, komitə diskriminasiya əleyhinə qanunun qəbulunun ləngidilməsindən, ayrıseçkiliyin bütün formalarını əhatə edən qanunvericiliyin və siyasi çərçivənin olmamasından narahatdır.

Ermənistan ancaq ermənilər üçündür?

Məlum olduğu kimi Ermənistanən dövlət siyasətinin mahiyyəti budur ki, Ermənistan ancaq ermənilər üçündür. Bu ölkədə digər xalqların və etnik qrupların yaşaması yolverilməzdir. Ermənilərin bu cür şovinist düşüncəsi Ermənistanın qanunvericiliyinə sirayət edib. Bu da haqlı olaraq BMT kimi bir qurumun diqqətindən yayınmayıb.

Bəs, BMT bu məsələyə niyə məhz indi reaksiya verib?

BMT-nin müvafiq Komitəsinin Ermənistanın dini-irqi ayrıseçkiliklə bağlı siyasətini indiki məqamda gündəmə gətirməsinin tək səbəbi Azərbaycanın diplomatik gedişləridir. Məhz Azərbaycanın haqlı və davamlı təkidlərindən sonra məsələ BMT-nin müzakirəsinə çıxarılıb.

Yada salaq ki, BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin Ermənistanla bağlı dördüncü dövri hesabatında daha bir vacib məqam da yer alıb. Belə ki, həmin hesabatda BMT-nin Ermənistanın mədən sənayesinin İstisu gölü (Dərələyəz mahalı) və Göyçə gölünü çirkləndirməsindən xüsusi narahatlığı da yer alıb.

Ali qurum problemlə bağlı Ermənistana çağırış edib. Mədən sənayesinin əhalinin və regionun təhlükəsizliyinə ciddi təhdid yaratdığı hesabatda öz əksini tapıb. Bu da onu göstərir ki, BMT və digər beynəlxalq güclər Azərbaycanın haqlı və davamlı təkidlərindən sonra Ermənistana yerini göstərmək qərarına gəliblər. Belə olmasa idi, bu tip bəyanatları ötən 30 ildə də eşidərdik. Deməli, səbəb Azərbaycanın Beynəlxalq aləmdə artan nüfuzu və regional gücə çevrilməsidir.

Ermənistan necə azərbaycanlılarsızlaşdırılıb?

Ermənistanda dini-irqi ayrıseçkiliyə qarşı qanunvericiliyin zəif olmasından, daha doğrusu ümumiyyətlə olmamasından ən çox əziyyət çəkən məhz azərbaycanlılar olub. Son 150 ildə indiki Ermənistan ərazisindən 3 milyona yaxın azərbaycanlı deportasiya edilib. Halbuki XIX əsrin əvvəllərində indiki Ermənistan ərazisində yaşayan əhalinin 70 faizi azərbaycanlılar olub.

Son 120 ildə azərbaycanlılar 3 dəfə kütləvi şəkildə Ermənistandan deportasiya ediliblər. Nəticədə 1990-cı ilə qədər Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Bunu əslində ermənilər özləri də fəxrlə bildirirlər. Məsələn, Ermənistan DSK-nin yaydığı son məlumatda qeyd edilir ki hazırda ölkə əhalisinin 97.9 faizi məhz ermənilərdir.

Əslində bu rəqəm də saxtalaşdırılıb.

Çünki ölkə əhalisinin 100 faizi də ermənilərdir. Bu da o deməkdir ki, Ermənistan bir dövlət olaraq qeyri millətlərə qarşı hər zaman diskriminasiya siyasəti aparıb. Lakin bu acınacaqlı fakt heç zaman beynəlxalq təşkilatların diqqətini cəlb etməyib. Yalnız son illərdə Azərbaycan dövlətinin apardığı uğurlu siyasət hesabına dünya birlikləri həqiqəti öyrənib və tədricən bu dəhşətli faktın ifşası üçün bəzi qurumlar, o cümlədən BMT hərəkətə keçib.

Bu hesabatların hüquqi əhəmiyyəti nədən ibarətdir?

BMT-nin bu bəyanatı imkan verir ki, Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımız öz qanuni tələblərini daha cəsarətlə irəli sürsünlər. Eyni zamanda Qərbi Azərbaycana qayıdış prosesi daha da tezləşsin. Bundan başqa BMT-nin bu sənədinin daha bir siyasi əhəmiyyəti ermənilərin son bir ayda başladıqları saxta hay-küyünün ifşa edilməsidir.

Bildiyimiz kimi 20 sentyabrdan sonra könüllü olaraq Qarabağı tərk edən ermənilər iddia edirlər ki, onlar zorla Qarabağdan qovululublar. Çox təəssüf ki, Avropanın bəzi ölkələri də erməni diasporunun maddi dəstəyi ilə bu məsələ ilə bağlı müxtəlif məzmunlu bəyanatlar səsləndirib, Azərbaycanı “etnik-təmizləmə”də günahlandırıblar. Qərb dövlətlərinin belə əsassız bəyanatlarına ən tutarlı cavablardan biri də məhz BMT-nin qəbul etdiyi son sənəddir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin