Ermənistan hökuməti dialoqdan qaçır - BƏYANAT

Hazırda oxunan: Ermənistan hökuməti dialoqdan qaçır - BƏYANAT

161573

Qərbi Azərbaycan İcmasının Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç ilə görüşməsinə, bu günlərdə Varşavada ATƏT-in İnsan Ölçüsü Konfransı çərçivəsində tədbir keçirməsinə, Haaqada ATƏT-in milli azlıqlar üzrə komissarlığının tədbirində iştirakına Ermənistanın verdiyi reaksiya bir daha bu dövlətin siyasətində azərbaycanlılara qarşı olan etnik nifrətin səviyyəsini göstərir. Bununla Ermənistan həm də söz azadlığına və vətəndaş cəmiyyətinin fəaliyyətinə nə qədər dözümsüz yanaşdığını nümayiş etdirib.

Bizim.Media xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının mövzu ilə bağlı bəyanatında yer alıb.

Bəyanatda həmçinin vurğulanır ki, Ermənistan hökuməti dialoqdan qaçmaq üçün guya İcmanın ona qarşı ərazi iddiası irəli sürdüyünü iddia edir. Qərbi Azərbaycan İcması bir daha bildirir ki, onun Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə qarşı heç iddiası yoxdur və yeganə məqsədi azərbaycanlıların Ermənistandakı dədə-baba yurdlarına dinc şəkildə qayıdışını təmin etməkdən ibarətdir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin