“Ermənistanda Fransa hərbi bazası yerləşdirilsə, Paşinyan DEVRİLƏCƏK” – AÇIQLAMA  

Hazırda oxunan: “Ermənistanda Fransa hərbi bazası yerləşdirilsə, Paşinyan DEVRİLƏCƏK” – AÇIQLAMA  

161453

İrəvanla Moskva arasındakı münasibətlər kritik həddə qədər gərginləşib. Buna sonuncu səbəb Rusiyanın “Birinci kanal”ında Paşinyan əleyhinə gedən veriliş olub. Belə ki, sözügedən kanalda gedən "Nikol Paşinyan: bəlaların xəbərçisi” adlı verilişdə Ermənistan sərhədlərinin rus sərhədçiləri tərəfindən müdafiə olunduğu xatırladılıb və Paşinyanın ünvanına ağır ifadələr işlədilib. 

Bu fonda isə Ermənistan XİN-i dünən Rusiyanın İrəvandakı səfirini çağıraraq, ona "Birinci kanal”da gedən verilişə görə etiraz etməklə nota təqdim edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanı gözləyən SURİYA AQİBƏTİ – Makronun göndərdiyi silahlar Paşinyanın ÖZÜNÜ VURACAQ


Baş verən olay iki ölkə arasında gərginliyin daha da artdığına işarədir. Moskva bu kimi addımlarla Paşinyana hədə-qorxu gələrək, göstərir ki, onun yürütdüyü Qərbpərəst siyasətilə qətiyyən barışmayacaq. Belə vəziyyətdə Rusiya Ermənistanda hakimiyyət dəyişikliyinə getmək üçün hətta hərbi gücdən də istifadə edə bilər.  

Bəs, Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyi üçün yetərli hərbi gücü varmı? 

Bizim.Media-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli bildirir ki, Fransa, ABŞ və ya qeyrisi Ermənistanda hərbi baza yerləşdirməyə cəhd etsə, Rusiya Paşinyana kəskin şəkildə reaksiya verərək, onu devirəcək:  

“Hazırda parametrlər xeyli dəyişib. Rusiyanın mövcud vəziyyətdə Ermənistanda hakimiyyət dəyişikliyinə gücü çatmış olsaydı, əvvəldən Paşinyanın iqtidara gəlməsinə imkan verməzdi. Rusiyanın Ermənistanda siyasi çevriliş etmək imkanları indilikdə məhduddur. Amma bu heç də Rusiyanın başının Ukrayna müharibəsinə qarışması ilə bağlı deyil.  

Əsas səbəb Rusiyanın Türkiyə ilə əməkdaşlığıdır. Türkiyə Rusiyanın neft və qazının realizə edilməsində əsas vasitəçi qismində çıxış edir. Ankaranın Moskvadan tələbi də Qarabağ məsələsinə qarışmamasını istəməsi olub. Belə bir vəziyyətdə Rusiya üçün Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması məsələsi də öz aktuallığını bir qədər itirmiş olur”.

Müsahibimizin fikrincə, Amma fövqəladə vəziyyət yaranacağı, Fransa və ya ABŞ-ın real olaraq Ermənistanda hərbi baxımdan kök salmasına gediləcəyi təqdirdə isə Moskva birmənalı olaraq Paşinyanı devirəcək:  

“Bölgəmizdə mövqe savaşı gedir. ABŞ,  Fransa, Rusiya və İran, hər biri Cənubi Qafqazda öz mövqelərini gücləndirməyə çalışırlar. Bu mənada Cənubi Qafqaz xalqlarının gələcək taleyi onlar üçün əhəmiyyət kəsb etmir. Fransa bir sıra keçmiş müstəmləkələrindən qovulur. Paris bu fonda çalışırdı ki, Afrikadan çıxarmağa məcbur olduğu qüvvələrin bir hissəsini Cənubi Qafqazda yerləşdirsin. Bu isə Rusiyaya qarşı sərhədlərin daralması demək olacaqdı. Belə olsaydı, Rusiya birmənalı şəkildə Paşinyan Ermənistanına qarşı ciddi təpki göstərəcəkdi”.  

İndiki məqamda isə ekspertin fikrincə, Putinlə Paşinyan bir-birinə düşmən kimi baxmalarına rəğmən, erməni baş naziri devirmək Rusiya üçün o qədər də əhəmiyyətli deyil: 

“Görünür zaman və fürsət baxımından Paşinyanın devrilməsi hələ ki, yetişməmiş məsələdir. Lakin ilk imkan düşən kimi, Rusiya hərbi yolla və ya digər vasitələrdən istifadə etməklə Paşinyanı devirəcək. Bunun üçün Rusiyanın yetərincə hərbi gücü də var.  

Fransa, ABŞ və ya qeyrisi Ermənistanda hərbi baza yerləşdirməyə cəhd edərsə, Rusiya Paşinyana kəskin şəkildə reaksiya verəcək, hətta onu devirəcək”.  

Rüfət Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin