Keçmiş separatçı İrəvanda jurnalisti hədələdi - ANBAAN VİDEO

Hazırda oxunan: Keçmiş separatçı İrəvanda jurnalisti hədələdi - ANBAAN VİDEO

161237

Qarabağ separatçılarının liderlərindən sayılan, qondarma qurumun “Təhlükəsizlik Şurasının” “keçmiş katibi” Samvel Babayanı İrəvanda qoçuluq edib.

Bizim.Media xəbər verir ki, o, “ArmLur.am” saytının qadın jurnalistinin mikrofonunu vurub və onu hədələyib.

“Bir neçə gün əvvəl internetdə hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatları Andranik Köçəryan, Qurgen Arsenyan və Samvel Babayanın İrəvan küçələrində gülüb-danışaraq gəzdiklərini əks etdirən video yayılıb.
“ArmLur.am” saytının jurnalisti Samvel Babayana yaxınlaşaraq onların əylənməsinin səbəbini soruşmağa çalışıb.

Jurnalistin sualına cavab olaraq Samvel Babayan kobudluqla onun mikrofonunu vurub”, - deyə xəbərdə bildirilir.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin