Tehranda "3+3" formatı çərçivəsində xarici işlər nazirlərinin iclası başlayıb.
Bizim.Media xəbər verir ki, iclasda İran, Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərləri iştirak edir.
Toplantıda Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir. İclasda eyni zamanda Türkiyə, Rusiya, İran, Ermənistan xarici işlər nazirləri Hakan Fidan, Sergey Lavrov, Hüseyn Əmir Abdullahiyan və Ararat Mirzoyan iştirak edir.
Görüşdə siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirə edilir.
Qeyd edək ki, Gürcüstan da “3+3” formatına daxildir. Lakin rəsmi Tbilisi Tehran görüşündə iştirak etmir. Gürcüstan “3+3” formatının ötən il Moskvada baş tutan ilk görüşündə də iştirak etməyib.
Bizim.Media