Revanşistlər Azərbaycan haqqında böhtanlar yayırlar - Erməni bloger

Hazırda oxunan: Revanşistlər Azərbaycan haqqında böhtanlar yayırlar - Erməni bloger

161064

“Mən Ermənistanın media sahəsində yeni, təhlükəli tendensiya müşahidə edirəm və bu barədə danışmaq istəyirəm. Müxalifət kanalları Qarabağ ermənilərinin könüllü köçürülməsindən əvvəl və ya köçürülmə zamanı azərbaycanlılar tərəfindən çoxsaylı işgəncələrə məruz qaldıqlarını bildirən materiallar yayırlar”.

Bizim.Media xəbər verir ki, bu barədə erməni bloger Natali Aleksanyan öz Facebook səhifəsində yazıb.

“Bilirəm ki, Qarabağ ermənilərinin hələ də həll olunmamış problemləri var. Yazdıqlarım bu həll olunmamış problemlərin həlli müqabilində insanları işgəncələrlə bağlı yalan ifadələr verməyə məcbur edən erməni mediasına aiddir.

Onların yazdıqları aşağıdakı səbəblərə görə yanlışdır. Mən çoxlu Qarabağ erməniləri ilə danışmışam və heç biri azərbaycanlıların onlara qarşı pis münasibətinə belə eyham vurmayıb.

Mən azərbaycanlıların Qarabağdan könüllü çıxan ermənilərə çörək-su payladığı, onlarla mehriban ünsiyyət qurduğu Azərbaycan mediasının kadrlarını nəzərdə tutmuram. Şəxsi təcrübəmə istinad edirəm, çünki əminəm ki, mənimlə danışan Qarabağ erməniləri həqiqətən də işgəncələrə məruz qalsaydılar, o zaman söhbətimizin ilk mövzusu bu haqda olardı.

Bundan əlavə, sadə bir sual verirəm: bu adamlar Ermənistan torpağına ayaq basdığı anda işgəncədən niyə danışmadılar? Niyə bir ay sonra işgəncədən danışmağa başladılar? Qarabağlılar həqiqəti söyləməkdən qorxurdularmı? Əlbəttə yox.

Əminəm ki, baş verənlər Ermənistanın dövlətçiliyinə qarşı təxribatdır. Revanşist qüvvələr əbədi müharibədən ümidini kəsmirlər və bu cür ucuz dezinformasiyalar yaymaqla ölkə daxilində azərbaycanlılarla sülhün əleyhinə olacaq ictimai əhval-ruhiyyə yaratmağa çalışırlar. Dövlət aparatının tam səmərəsizliyi şəraitində onlar Qarabağ ermənilərindən alət kimi istifadə edərək yenidən nifrət yaradırlar.
Dəhşətə gəlirəm ki, bunu müxalifət meydanına aid qüvvələr edir. Onlar nə etməyə çalışırlar?
Deyəsən yeni müharibə təhlükəsi yaranır”, – deyə Natali Aleksanyan qeyd edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin