Politoloq və şərqşünas Yevgeni Satanovski gurultulu açıqlamalar verməkdə davam edir.
Bizim.Media xəbər verir ki, o, Rusiya Xarici İşlər Nazirliyinin daimi nümayəndəsi Mariya Zaxarovanı təhqir etdikdən sonra Milli Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevi təhqir edərək onu “zəif xırda şey” adlandırıb.
Jurnalist və teleaparıcı Vladimir Solovyov tərəfindən işdən çıxarılan E.Satanovski Rusiya hakimiyyətini tənqid edib və D.Medvedev haqqında xoşagəlməz ifadələr işlədib.
Birinci Kanalın "Telegram" kanalının aparıcısı Ruslan Ostaşko xəbər verir ki, şərqşünas efirdə Rusiya prezidenti Vladimir Putinin kadr siyasətindən də mənfi danışıb.
Bizim.Media