"Konkret olaraq Bako Saakyan Şuşada və Qarabağın başqa bölgələrində yerləşən həbsxanalarda cəhənnəm yaratmışdı. Hansı ki, burada Ermənistandan gələn bir çox şəxsləri döyüb öldürürdülər".
Bizim.Media xəbər verir ki. bu fikirləri erməni bloger Roman Bağdasaryan Telegram kanalında yazıb.
Onun sözlərinə görə, Ermənistandan xidmətə gələn və hərbi hissələrdə öldürülən əsgərlərin sayı həddindən artıq çoxdur:
"Bütün bunlar Bako Saakyanın diktatorluğu zamanı baş verib. O, hər il Qarabağ ermənilərinin adından ABŞ-a gedərək marafonlarda pul toplayıb. Sənədləri isə həbs edilən ərəfədə yandırıb və nəticədə erməni diasporunu aldadıb. O, oğru və alçaqdır. Onda müqəddəs heç nə yoxdur",
Daha ətraflı videomaterialda:
Bizim.Media