Qarabağdakı qondarma rejimin sabiq “rəhbəri” Arayik Arutyunyanın Xankəndi şəhərindəki iş otağından eksklüziv görüntülər yayılıb.
Bizim.Media xəbər verir ki, bu barədə videonu AzTV-nin çəkiliş qrupu hazırlayıb.
Videodan görünür ki, separatçılar qaçan zaman hətta telefonun dəstəyini qoymağa belə macal tapmayıblar.
Xatırladaq ki, bu kabinetdə son dəfə Arayikin yerinə vəzifəyə gətirilən Samvel Şahramanyan oturub. Onun hazırda Ermənistanda olduğu deyilir.
Bizim.Media