Paşinyanın devrilməsi üçün İrəvandakı Rusiya səfirliyində plan qurulur

Hazırda oxunan: Paşinyanın devrilməsi üçün İrəvandakı Rusiya səfirliyində plan qurulur

1598

Ermənistan Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Dağlıq Qarabağdan Ermənistana silah-sursat daşınmasının qarşısının alındığı haqqında məlumat verilmişdi. Bəzi mənbələr silahların paytaxt Yerevanda Paşinyan hakimiyyətinə qarşı hərbi çevrilişdə istifadə olunmaq üçün Qarabağ klanına mənsub hərbçilər tərəfindən gətirildiyini qeyd edir. 

Son günlər cəbhədə ard-arda baş verən məğlubiyyətlər Paşinyan hakimiyyətinə qarşı Ermənistan daxilindəki narazılığın fonunu daha da tündləşdirib. Xalqın və hərbçilərin bir hissəsi hadisələrin əsas səbəbkarı kimi məhz Paşinyanı görür. Nikol isə uğursuzluqların əsas səbəbkarı kimi barmağını Rusiyaya tuşlayır, rus meylli hərbçiləri bir-bir vəzifəsindən uzaqlaşdırır.  

Ardınca isə Milli Təhlükəsizlik Nazirliyinə 29 yaşlı təcrübəsiz Arqişti Karamyan, Müdafiə Nazirliyinə isə NATO ilə yaxın əlaqələrə malik olduğu bilinən David Tonoyan təyin olunur. 

Rusiyanın müdaxiləsi ilə azadlığa buraxılan Robert Koçaryan isə hərbi əməliyyatlar zamanı təcili şəkildə Qarabağda göründü. Müşahidəçilərin fikrincə, o, keçmiş silahdaşlarına müəyyən tapşırıqlar verərək İrəvana qayıtdı. Ermənistanın paytaxtına qayıdan kimi isə Rusiyanın Ermənistandakı səfirliyində görünüb. Ard-arda bir neçə gün səfirlikdə görüşlər keçirib. 

Elə bu hadisələrin axarındaca Paşinyana Rusiyadan məktub gəldi. Robert Koçaryanın ən yaxın dostu sayılan iş adamı, “Monarx” Şirkətlər Qrupunun rəhbəri Sergey Ambarsumyanın açıq məktubu, əslində erməni cəmiyyətinə mesaj idi. 

Ambarsumyan məktubunda açıq şəkildə Nikol Paşinyana yazmışdı ki, bu cür münaqişələrə girişmək sənlik deyil, çəkil, işi bacarana ver. Məktubda sətiraltı və bəzi məqamlarda açıq şəkildə bildirir ki, Ermənistanı düşdüyü bu bataqlıqdan ancaq Rusiya meylli hakimiyyət xilas edə bilər. 

Görünən odur ki, indi dünya ermənilərini düşündürən Ermənistanı bir dövlət kimi xilas etməkdir. Çünki anti-rus siyasəti bu ölkənin kağız üzərində olsa da mövcud olan müstəqilliyinin itirilməsi ilə nəticələnəcək. Ermənistanın ölkə olaraq xəritədən silinməsinə gətirib çıxaracaq.   

Aydındır ki, Paşinyanın hazırkı imici sadəcə günahkar obrazını canlandırmaq üçün yetərlidir. Qarşıdakı günlərdə Ermənistanda yeni hadisələrin, bəlkə də çevriliş cəhdlərinin baş verəcəyinə şahid ola bilərik. Rusiyanın Dağlıq Qarabağda baş verənlərdən faydalanaraq Ermənistanda Rusiya meylli hakimiyyət formalaşdıracağı artıq qaçılmaz hal alıb. 

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin