Paşinyanın haqq iddia etdiyi kəndlərimizlə bağlı TARİXİ FAKTLAR

Hazırda oxunan: Paşinyanın haqq iddia etdiyi kəndlərimizlə bağlı TARİXİ FAKTLAR

159575

Ermənistanın baş naziri Nikol Paşinyan yenə də sayıqlamaqda davam edir. O, Ermənistanın İctimai Televiziyasına müsahibəsində anklavlar və digər mübahisəli ərazilər məsələsinə toxunarkən Azərbaycanın işğal altındakı 8 kəndinə (Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi-red.) qarşılıq Gədəbəyin Başkənd yaşayış məntəqəsinin və şərti dövlət sərhədində yerləşən bəzi kəndlərin adını çəkməklə ərazi iddiasını ortaya qoyub.

Söhbət hansı “anklav”lardan gedir?

Paşinyanın fikrincə, əgər anklavlarla bağlı məsələ tərəflərdən biri - Ermənistan və ya Azərbaycan tərəfindən qəbul edilərsə, o zaman çoxlu suallar ortaya çıxacaq.

“Bu anklavların sərhədlərinin delimitasiyası məsələsi var, bu anklavlara giriş məsələsi var, bu sərhədlərin qorunması məsələsi var, bu ərazilərdə silahlı qüvvələrin olub-olmaması məsələsi var. Anklav nə deməkdir? Oraya çatmaq üçün başqasının ərazisindən keçmək lazımdır, başqasının ərazisindən necə keçmək lazımdır, bu məsələnin hüquqi nüansları nədir və s.”, - baş nazir bildirib.

Paşinyan deyib ki, Ermənistanın 29 800 kvadrat kilometr ərazisinə Başkənd də daxildir:

“Heç bir hökumətin Ermənistan Respublikasının suveren ərazisinə son qoymaq hüququ yoxdur. Amma bir vacib detal da var: kim anklavlardan danışırsa, masanın üstünə xəritə qoymalıdır ki, bu anklavın mövcudluğu nəyə əsaslanır.

Azərbaycan 8 kənd məsələsini qaldırır, öz növbəmizdə deyirik ki, bizim də 8 kəndlə bağlı problemimiz var”, - deyən N.Paşinyanın sözlərinə görə, Ermənistanın sərhəddəki Tavuş rayonunun bir sıra kəndləri Azərbaycan tərəfinin nəzarətində qalıb. O, buna misal kimi Berkaber (Bibiş), Aygehovit (Uzuntala), Vazaşen (Lələkənd), Paravakar(Tatlı) adlandırılan kəndləri göstərib”.

Reallıqlar isə fərqlidir...

Hərçənd Paşinyanın adını çəkdiyi bu ərazilər tarixi Azərbaycan torpaqlarıdır və I Qarabağ müharibəsi başlayana qədər həmin yerlərin böyük hissəsində azərbaycanlılar yaşayıb.

Bibiş kəndi

Paşinyanın adını çəkdiyi və guya Ermənistana aid olduğunu iddia etdiyi Berbaker kəndinin əsl adı Bibişdir. Kənd 1978-ci ildən Berkaber adlanır. Qədim adı Coğaz olan Bibiş kəndində 1988-89-cu illərdə azərbaycanlılar yaşayıb. Qarabağda erməni separatizmi başlayanda soydaşlarımız deportasiyaya məruz qalıblar. Son 30 ildə erməni silahlı bölmələri bu kənddə yerləşən mövqelərindən daimi olaraq Azərbaycanın Qazax rayonunun həmin istiqamətdə yerləşən mövqelərini atəşə tutub.

Lələkənd

Vazaşen kəndinin əsl adı Lələkənddir. Kəndin qədim adı Aşigah olub. 1935-ci ildə kənd Laləkənd, sonra Laləqyux adlandırılıb. 1978-ci ildə Ermənistan SSR-nin qərarı ilə adı dəyişdirilərək, Vazaşen qoyulub. Kəndin adı ehtimal ki, türk dillərində aşiq, açıqlıq, düzən, ya da aska alınmaz qayalı dağ sözündəndir. Monqol dilində asqa daş (qaya parçaları) səpintisi, qırğız dilində aska qaya mənasındadır.

1590-cı ilə aid türkcə mənbədə kəndin adı keçir. XVII əsrin əvvəllərinə aid mənbədə İrəvan xanı Lələbəkə məxsus kənd olmuşdur.Toponimi "böyük tərbiyəçi" mənasında işlənən lələ sözünə qədim türk dilində "yaşayış mənəqəsi" mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlib. Türk dillərində lələ - "həddi-buluğa çatmamış şahzadələrin tərbiyəçisi" və kənd sözlərindən ibarətdir. Lələkənd kəndi Qazax rayonu üçün, xüsusi əhəmiyyətə malik yüksəklikdə yerləşir.

Uzuntala kəndi

Ayqeovitin əsl adı isə Uzuntala, yaxud Hönütdür. Kənd 1967-ci ilə qədər Uzuntala, 1969-cu ilə qədər Hönüt adlanıb, daha sonra ermənilər öz qondarma adlarını veriblər. Toponim Azərbaycan dilində “böyük, geniş” mənasında işlənən uzun sözü ilə “meşə ortasında açıqlıq yer” mənasında işlənən tala sözünün birləşməsindən əmələ gəlib.

Tatlı kəndi

Paravakarın tarixi adı isə Tatlı kəndidir. Kənd Ermənistan SSR yaranandan sonra tədricən ermənilərin məskunlaşdığı əraziyə çevrilib. Halbuki ona qədər ərazidə azərbaycanlılar yaşayıb.

Erməni silahlı bölmələri bu kənddə yerləşən mövqelərindən daimi olaraq Azərbaycanın Ağstafa rayonunun həmin istiqamətdə yerləşən mövqelərini atəşə tutub. Tatlıda kənd təsərrüfatı obyektləri ilə yanaşı, daş karxanaları da fəaliyyət göstərib.

Başkənd

Ermənilərin qondarma Azərbaycanın Gədəbəy rayonunun inzibati-ərazi vahidində kənd. Qarabağ müharibəsinə kimi ermənilərin məskunlaşdığı kənd olub. 1992-ci ilin 6-8 avqust tarixlərində həyata keçirilən əməliyyat nəticəsində ərazi Azərbaycanın nəzarəti altına keçib.

Əsası 1845-ci ildə qoyulan və əhalisi azərbaycanlı olan kəndin ərazisinə ermənilər ilk dəfə 1959-cu ildə Qarabağdan və Şəmşəddin rayonundan köçürülüblər. Sahəsi 61 kv.km-dir. Rüfət

Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin